Ərdoğan CHP-ni sərt tənqid etdi

erdogan-chp-ni-sert-tenqid-etdi
Oxunma sayı: 1581

“Ölkəsinə və millətinə qarşı məsuliyyət hiss edən hər kəsdən gözləntimiz öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmələridir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan AKP-nin Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib.

“Vəzifəmizi layiqincə yerinə yetirsək, nə ölkəmizin, nə Cumhur İttifaqının, nə də AKP-nin önündə dura biləcək bir güc tanımırıq.

Bizdən başqa xidmət müxalifəti ortaya qoya bilən də, gələcək dizayn edən də yoxdur. Tək vədləri Tayyib Ərdoğanı hakimiyyətdən salmaq olan bir müxalifətə bu millət iqtidar verməz. CHP idarəçiləri öz daxilində yaşanan təcavüz, oğurluq, arsızlıq qalmaqallarının üzərini örtmək üçün həm bizə, həm millətimizə olan təhqirlərini artırmağa başladı.

Millətimizin önünə çıxaraq, özlərini tənqid edəcəkləri, üzr istəyəcəkləri, daxili təcavüzçülərdən, oğrulardan cavab tələb edəcəkləri halda, özlərini riyakarlığa qoyurlar”, - deyə Ərdoğan vurğulayıb.