Ərdoğan deputatın oynamağına əsəbiləşdi- - Özgecanla bağlı

erdogan-deputatin-oynamagina-esebilesdi-
Oxunma sayı: 4495


“Qafqazinfo” tgrthaber.com-a istinadən xəbər verir ki, prezident A.Nazlıakanın Mersində Özgecan Arslanın dəhşətli qətlinə etiraz etmək üçün küçədə mahnı oxuyub, rəqs etməsinə etirazını bildirib:

“Bunlar öz ölkəsinə və millətinə yad adamlardır. Öz mədəniyyət və dəyərlərindən uzaq olan şəxs guya dəhşətli qətlə oynayaraq etiraz edir. Bu nə işdir? Əgər bacarırsansa “Fatihə” oxu, bacarmırsansa ailəsinə başsağlığı, özünə rəhmət dilə...Rəqs edir, bunun bizim mədəniyyətimizdəki yeri nədir? Elə bil ki, o ölümdən zövq alır”.