Ərdoğan dörd günlük Afrikaya gedir

Ərdoğan dörd günlük Afrikaya gedir
Oxunma sayı: 1314

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikaya səfər edəcək.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının səfəri 17 oktyabrda başlayacaq. Ərdoğanın səfəri 4 gün çəkəcək və bu müddətdə Anqola, Nigeriya və Toqoda olacaq.

Qeyd edək ki, Ərdoğan ilk dəfə Baş nazir kimi 2004-cü ildə Afrika ölkəsi olan Misirə səfər edib. O, indiyədək 30 fərqli Afrika ölkəsində olub.