Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edam cəzasının tətbiqi ilə bağlı önəmli addıəmlar atılacağını bildirib.
“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Ərdoğan Hakkaridə terror hücumu nəticəsində həlak olan ana və 11 aylıq oğlunun dəfn mərasimində xalqın edam cəzasının tətbiqi ilə bağlı tələbi barədə danışıb.
O bildirib ki, əgər qanun layihəsi parlamentdə qəbul edilərsə, mütləq şəkildə təsdiq edəcək:
“Bu məsələdə həssas olduğumu bilirsiniz. Lazımi addımlar atılacaq”.
Ərdoğan terrorçulara qarşı mübarizənin son terrorçu məhv edilənədək davam etdiriləcəyini də söyləyib.
Türkiyə prezidenti vəfat edənlərin yaxınları ilə söhbətləşib, onlara başsağlığı verib.


Son xəbərlər
Son Xəbərlər