Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir şəhərində “Efes-2022” beynəlxalq hərbi təlimləri keçirilib.
“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təlimlərdən sonra çıxış edib:
“Türkiyənin beynəlxalq müqavilələrə əsaslanan öhdəlikləri ilə yanaşı, öz tarixindən və sivilizasiyasından qaynaqlanan öhdəlikləri var. Biz bu vəzifələrin tələblərini Azərbaycandan Liviyaya, Balkanlardan Orta Asiyaya qədər geniş bir ərazidə yerinə yetiririk.
Bu səbəbdən də, 2020-ci ilin son aylarında Qarabağda və işğal olunmuş Azərbaycan torpaqlarında baş verən hadisələrdə qardaşlarımızın yanında olduq. Ermənistanın təxribatı ilə başlayan və Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük mübazirənin sonunda bölgədə 30 ilə yaxın davam edən işğala son qoyuldu.
Türkiyə olaraq “iki dövlət, bir millət” anlayışı ilə azərbaycanlı qardaşlarımıza hər cür dəstəyi vermişik. Bu gün atəşkəsin daimi olması üçün Rusiya və Türkiyə Silahlı Qüvvələri ortaq mərkəzdə birgə fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi, mina axtarışı və onun məhv edilməsi ilə bağlı qardaşlarımızla sıx əməkdaşlıq edirik”.
Son xəbərlər
Son Xəbərlər