Ərdoğan Əfqanıstanla bağlı İşçi Qrupunun yaradılmasını təklif etdi

erdogan-efqanistanla-bagli-isci-qrupunun-yaradilmasini-teklif-etdi
Oxunma sayı: 697

“Təqribən 5 milyon əcnəbiyə ev sahibliyi edən Türkiyə Əfqanıstandan yeni köç yükünü daşıya bilməyəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “G20” liderlərinin növbədənkənar iclasında videoformatda çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, Türkiyənin cənub və şərq sərhədlərindən məruz qalacağı köçün Avropa ölkələrinə də təsir etməsi qaçınılmazdır.

“Bu qlobal problemə sistematik nəzər-nöqteyinin gətirilməsi məqsədi ilə “G20” çərçivəsində İşçi Qrupunun yaradılmasını təklif edirəm. Türkiyə olaraq sözügedən qrupa sədr olmağa da namizədik. Hesab edirəm ki, İndoneziyanın sədrliyi dövründə bu sahədə konkret addımlar atmaq üçün ciddi imkanlarımız var”, - deyə Ərdoğan qeyd edib.