Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Gəncəyə edəcəyi səfər proqramında dəyişiklik edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə türkiyəli jurnalistlər sosial şəbəkədə məlumat yayıb. Məlumatda bildirilir ki, görüş yeri Gəncədə güclü duman olması səbəbindən Bakıya dəyişdirilib.
Dumandan dolayı Türkiyədən Bakıya gələn heyətin bir qismi Naxçıvan hava limanına enib.
Qeyd edək ki, sabah Ərdoğanın Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasında iştirakı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər