Xəbər verdiyimiz kimi, Türkiyədə bu gün bələdiyyə seçkiləri keçirilib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə saatı ilə 19:15-da (Bakı vaxtı ilə 22:15) ilkin nəticələr açıqlanacaq. Artıq Türkiyə mediasında seçkilərlə bağlı bəzi informasiyalar yayımlanıb. Belə ki, Fətullah Gülənin yaxınlarının yaşadığı Ərzurumun Palandöken Sığırlı kəndində AKP-li namizədin qalib gəldiyi qeyd olunub.
***
Hakim partiyanın Kayseridən olan millət vəkili Ahmet Öksüzkaya AKP-dən istefa verdi.
***
İstanbul Bələdiyyə sədrliyinə CHP-dən namizədliyini isrəli sürən Mustafa Sarıgül Tvitter hesabında gənclərə səslənib: "Sevgili gənclər, azadlığınız üçün bu andan etibarən gözünüzü seçki qutularından ayırmayın".
***
Artıq ilkin nəticələrlə bağlı yayım qadağası aradan götürüldü və müxtəlif şəhərlərlə bağlı səsvermə göstərilir.
***
Hələ ki, nəticələr belədir: AKP 50,3%, CHP 24,8%, MHP 14,4% , BOP 6.0 %
***
İlkin nəticələrinə görə, İstanbulda AKP, Ankarada AKP, İzmirdə CHP, Adanada MHP, Antalyada CHP, Diyarbəkirdə BDP, Qarsda MHP namizədləri öndədir.
***
Qeyd edək ki, seçki nəticələri Cihan və Anadolu Agentliyinə istinadən yayımlanır və maraqlıdır ki, AA İstanbulda AKP təmsilçisinin qalib olduğunu (Topbaş % 50,14 - Sarıgül % 37,62) bildirsə də, Cihan agentliyi isə CHP-li Mustafa Sarıgülün (Sarıgül %45,53 - Topbaş % 44,30) öndə olduğunu açıqlayıb.

***
CHP lideri Kamal Kılıçdaroğlunun məmləkəti Tuncelidə CHP namizədi deyil, BDP namizədi hələ ki, birincidir.
***
Cihan xəbər agentliyi isə nəticələrin belə olduğunu açıqlayıb:
AKP 44.25
CHP 20.13
MHP 17.90
BDP 9.72
***
Son nəticələrə görə, Fətullah Gülənin kəndi olan Ərzurumun Pasinlər İlçəsinə bağlı Korucuk kəndində MHP namizədi qalib gəlib.
***
Türkiyənin Anadolu Agentliyi haqqında yayılan seçki nəticələrinin saxtalaşdırılaraq ictimaiyyətə təqdim olunması kimi xəbərlərlə bağlı rəsmi açıqlama yayıb.
Agentliyin rəsmi saytından verilən açıqlamaya görə, keçirilən seçkilərin nəticələrini yayımlayan Anadolu Agentliyinin yayımlarını bəzi televiziya aparıcıları və siyasətçilər "etibarsız, manipulyasiya məqsədli, yalan" məlumatlar olaraq qələmə verir. Bununla da agentliyi qaralamağa çalışırlar.
Türkiyənin milli xəbər agentliyinə ünvanlanan bu ifadələrin hər biri haqqında qanuni haqqlarımızı sonuna qədər müdafiə edəcəyimizi bildiririk.
AA xəbərlərinin etibarlılığı heç bir zaman müzakirə mövzusu olmamışdır, bundan sonra da olmayacaq. Qurumumuza ünvanlanmış qaralama kampaniyasını icra edənlər, ölkənin rəsmi milli xəbər agentliyinin nüfuzuna xələl gətirməyə çalışdıqlarını unutmamalıdır.
***
Artıq seçki qutularının 58 faizi açılıb və AKP-nin qalib olduğu bildirilir.
İSTANBUL BÜYÜKŞEHİR BELEDİYE BAŞKANLIĞI | ||||||||||||||||||||
|
***
Səslərin 77,1%-i artıq sayılıb və nəticələrə görə, AKP 44,7%-lə irəlidədir. Sonrakı yerdə 28,32% səslə CHP, 16,32% MHP, 4,16% BDP, 0,57%-lə isə müstəqil namizədlər gəlir.
***
Artıq seçkilərin yekunlaşmasına dəqiqələr qalıb və AKP böyük fərqlə öndədir. Baş nazir Rəcəb Tayyib Ərdoğan xalq qarşısında çıxış edərək zəfərini qeyd edir:
Ərdoğan "Dünyanın hər yerində zəfərimiz üçün bizə dua edən qardaşlarımıza təşəkkür edirəm" deyə hər kəsə minnətdarlığını bildirib.