Ərdoğan Gürcüstana gedəcək

erdogan-gurcustana-gedecek
Oxunma sayı: 1030

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstana gedəcək.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Baş Nazir Georgiya Qahariyanın dəvətini qəbul edib. Səfər 2020-ci ilin yazında gerçəkləşəcək.

“İlk növbədə, Türkiyədə yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Daha sonra mən gələn ilin yazında Gürcüstana getməyə hazırlaşacam”, - deyə ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə ilə Gürcüstan 1992-ci ilin 21 mayından diplomatik əlaqələrə malikdir.