Ərdoğan gürcüstanlı həmkarı ilə regional məsələləri müzakirə etdi

erdogan-gurcustanli-hemkari-ile-regional-meseleleri-muzakire-etdi
Oxunma sayı: 970

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Salome Zurabişvili ilə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Telefon söhbətində Türkiyə-Gürcüstan əlaqələri və regional məsələlər müzakirə olunub.

Ərdoğan yanğınla mübarizədə nümayiş etdirdikləri həmrəyliyə görə Gürcüstan Prezidentinə təşəkkür edib.

O vurğulayıb ki, Türkiyə və Gürcüstan bölgədə ortaya  çıxan yeni fürsətləri dəyərləndirərək, birgə enerji və nəqliyyat layihələri üzərində çalışa bilərlər.