Ərdoğan İdlibə görə narahatdır - “Qətliam yaşanacaq”

erdogan-idlibe-gore-narahatdir
Oxunma sayı: 1703

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdəki vəziyyətə görə narahatlığını dilə gətirib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, rus hərbi təyyarələrinin İdlibə müdaxiləsindən əvvəl oradakı vəziyyətlə bağlı sualı cavablandıran Ərdoğan bunları deyib:

“İdlibdə 3,5 milyon insan var. Allah göstərməsin, bura raket atsalar, qətliam yaşanacaq. Belə vəziyyətdə də qaçanlar hara gələcək? Yüksək ehtimalla Türkiyəyə. Bu da yeni problem deməkdir”. 

Türkiyənin Rusiya və İranla sentyabrın 7-də keçiriləcək Tehran zirvəsini xatırladan Ərdoğan “İnşallah, Tehran Zirvəsi müsbət nəticələnər” deyib.