Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə tibbi maska ilə görüntülənib.
“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının açılış mərasimindən qayıdan türkiyəli liderin tibbi maska taxması diqqətdən qaçmayıb. Ərdoğan xəstəxana kompleksinin çıxışında avtomobilindən kameralara əl yelləyib.
Qeyd edək ki, Ərdoğan indiyədək tibbi maska ilə görüntülənməyib.
Son xəbərlər
Son Xəbərlər