Ərdoğan İrana başsağlığı verdi

erdogan-irana-bassagligi-verdi
Oxunma sayı: 1615

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan bu barədə “X” hesabında paylaşım edib. 

“Başda İran İslam Respublikasının dini lideri Əli Xameneyi olmaqla, dost və qardaş İran xalqına, hökumətinə, cənab Rəisinin və onunla birlikdə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Fəaliyyətdə olduğu müddətdə İran xalqının və regionumuzun firavanlığı üçün göstərdiyi səylərin şəxsən şahidi olmuş bir həmkar kimi cənab Rəisini hörmətlə yad edirəm”, - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə əvvəllər də dəfələrlə olduğu kimi bu çətin və kədərli günlərində İranın yanındadır.