Ərdoğan İrana gedəcək

erdogan-irana-gedecek
Oxunma sayı: 2069

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-da İrana rəsmi səfər edəcək.

“Qafqazinfo”nun NTV-yə istinadən verdiyi xəbərə görə, dövlət başçısı Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə görüşəcək.

Səfər zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı, regional məsələlərin də müzakirə olunacağı gözlənilir.

Həmçinin Rusiya-Ukrayna müharibəsindən sonra enerji böhranı da müzakirə mövzuları arasındadır.