Ərdoğan İrana gedir

erdogan-irana-gedir
Oxunma sayı: 5537

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn mərasiminə qatılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik məlumat yayıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imamı Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda baş verən helikopter qəzasında həlak olublar.