Ərdoğan İrana səfəri zamanı Putinlə görüşəcək

erdogan-irana-seferi-zamani-putinle-gorusecek
Oxunma sayı: 2049

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 18-19-da İranın paytaxtı Tehranda səfərdə olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Administrasıyası məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti iyulun 19-u Tehranda Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII Toplantısında iştirak edəcək.

Müvafiq Nazirlərin iştirakı ilə keçiriləcək Şura Toplantısında Türkiyə-İran münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək, ikitərəfli əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Bildirilib ki, həmin gün Tehranda Rusiya Prezidenti Vladimir Putinin də iştirakı ilə Astana formatında VII Üçtərəfli Zirvə Görüşü baş tutacaq.

Prezident Ərdoğan İrana səfəri çərçivəsində rusiyalı həmkarı ilə də ikitərəfli görüş keçirəcək.