Ərdoğan İsraili faşist ölkə adlandırdı

erdogan-israili-fasist-olke-adlandirdi
Oxunma sayı: 1434

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin ünvanına sərt sözlər səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində AKP-nin qrup toplantısında çıxış edən prezident İsraili sionist, irqçi və faşist ölkə adlandırıb: “İsrail parlamentində qəbul edilən “Yəhudi milləti dövləti” qanunu onların faşist dövlət olduğunun sübutudur. Hitlerin ruhu ölkəni idarə edən bəzi siyasətçilər arasında yenidən xortlayıb. Bu, bütün yəhudiləri təhlükəyə atan addımdır”.

R.T.Ərdoğan bütün dövlətləri, mətbuatı İsrailə qarşı addımlar atmağa çağırıb, ölkəsinin daim İsrailin hədəfində olan Fələstinə dəstək olacağını deyib.

Aysel Kərimova