Ərdoğan İsrailin yeni prezidentini təbrik etdi

erdogan-israilin-yeni-prezidentini-tebrik-etdi
Oxunma sayı: 2179

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin yeni Prezidenti İshak Hersoqla telefon danışığı olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan iki ölkə arasında enerji, turizm və texnologiya başda olmaqla müxtəlif sahələrdə yüksək işbirliyi potensialı var. Türkiyə lideri beynəlxalq ictimaiyyətin Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində daimi və hərtərəfli həllini gözlədiyini bildirib.

Ərdoğan, həmçinin, əlavə edib ki, Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi naminə böyük əhəmiyyət daşıyır.