Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsini rəsmən təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə parlamentinin təsdiq etdiyi protokolun ratifikasiyasını təsdiq edən prezident fərmanı rəsmi hökumət qəzeti “Resmi Gazete”də dərc olunub.
Qeyd edək ki, yanvarın 23-də Türkiyə Böyük Millət Məclisi (parlamenti) İsveçin Şimali Atlantika Alyansına üzvlüyünü ratifikasiya etmək üçün səs verib. 346 deputatdan 287-si təşəbbüsü dəstəkləyib, 55-i əleyhinə çıxıb, daha dördü isə bitərəf qalıb.
Son xəbərlər
Son Xəbərlər