Ərdoğan Kamran Əliyevi qəbul edəcək

erdogan-kamran-eliyevi-qebul-edecek
Oxunma sayı: 1901

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident sarayında Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 15-dən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankarada rəsmi səfərdədir.