Ərdoğan Kılıçdaroğlunun müzakirə olunan davranışından danışdı

erdogan-kilicdaroglunun-muzakire-olunan-davranisindan-danisdi
Oxunma sayı: 2380

Xəbər verdiyimiz kimi, Türkiyənin müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ölkə parlamentində çıxışı zamanı əl hərəkətlərinə görə kəskin tənqid olunub.

“Qafqazinfo”nun məlumatına görə, Qətərdən rəsmi səfərdən qayıdan Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında Kılıçdaroğlunun sözügedən hərəkətlərinə münasibət bildirib.

“Bu millət bu cür əxlaqsızlara belə bir yolu “get” deməz. Ona başqa cür “get” deyər. O nə qədər belə edirsə etsin, biz ona eyni dillə cavab vermərik. Çünki biz iqtidar olaraq, onun kimi ədəbsiz, əxlaqsız xarakterə sahib deyilik”, - deyə Ərdoğan söyləyib.