Ərdoğan Kobi Brayantdan yazdı - Foto

erdogan-kobi-brayantdan-yazdi
Oxunma sayı: 3785

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan helikopter qəzasında 13 yaşlı qızı ilə birlikdə dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayantla bağlı Tvitter səhifəsində paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan basketbolçunun ölümü ilə bağlı bunları yazıb:

“Saysız-hesabsız idmançıya basketbolu sevdirən əfsanə Kobi Brayantın ölümünə görə dərin kədər hissi duyuram. Bir basketbolsevər və Türkiyə Prezidenti olaraq onun ailəsinə və sevənlərinə dərin üzüntümü çatdırır, başsağlığı verirəm”.