Ərdoğan Körfəz ölkələrinə səfər edəcək

erdogan-korfez-olkelerine-sefer-edecek
Oxunma sayı: 643

Türkiyə prezideni Rəcəb Tayyib Ərdoğan Qətər böhranının müzakirəsi məqsədilə Körfəz ölkələrinə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Çavuşoğlu qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni ilə görüşdən sonra mətbuat konfransında bildirib ki, Türkiyənin Qətərdəki hərbi bazasının ləğv edilməsi gündəmdə deyil:

“Bu baza iki müstəqil ölkənin razılaşması əsasında qurulub. Körfəz ölkələrinin bunu tələb etməsi doğru deyil”.

Çavuşoğlu sözlərinə əlavə edib ki, həm hərbi baza məsələsi, həm də Qətərə tətbiq edilən sanksiyalarla bağlı Ərdoğanın körfəz ölkələrinə səfəri gözlənilir. Hazırda səfərin vaxtı razılaşdırılır.

Qeyd edək ki, iyun ayında Körfəz ölkələri terrorizmə dəstək verdiyi iddiası ilə Qətərlə əəlaqələrini kəsib.