Ərdoğan koronavirusa qarşı 5 doza vaksin olunub

erdogan-koronavirusa-qarsi-5-doza-vaksin-olunub
Oxunma sayı: 2476

“Koronavirusa yoluxduğum dövrü çox rahat geridə qoydum. Təbii ki, peyvəndin buna faydası oldu”.

“Qafqazinfo” xəbər verir ki, bunu COVID-19-dan yenicə sağalan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə verdiyi açıqlamasında deyib.

“Mən 2 doza “Sinovac”, 3 doza da “Biontech” peyvəndi olmuşam. Bu peyvəndlərin təsiri ilə xəstəliyi rahat keçirdim. Yəni 4-5 gündən sonra koronavirus testimizin nəticəsi mənfi oldu”, - deyə Ərdoğan söyləyib.

Qeyd edək ki, fevralın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu.