Ərdoğan kürsüdən “Qarabağ Azərbaycandır!” dedi, alqışlandı - Video

erdogan-kursuden-qarabag-azerbaycandir-dedi-alqislandi
Oxunma sayı: 8127

“Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik. Ancaq görürük ki, Ermənistan bu tarixi fürsətdən istifadə edə bilmədi. Biz Ermənistandan verdiyi vədləri yerinə yetirməsini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik”.

“Qafqazinfo” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasında deyib.

“İndi hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan ərazisidir. Bundan başqa statusun qoyulması heç vaxt qəbul edilməyəcək. Bir millət, iki dövlət devizi ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyirik”, - Türkiyə lideri qeyd edib.

Ərdoğanın kürsüdən bu çıxışı alqışla qarşılanıb.