Ərdoğan Liviya məsələsi barədə nə düşünür?

erdogan-liviya-meselesi-barede-ne-dusunur
Oxunma sayı: 1734

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berlin zirvəsindən öncə Qərb mediası üçün Liviya məsələsi ilə bağlı məqalə yazıb.

“Qafqazinfo” xəbər verir ki, o, “Liviyanı bir müharibə baronunun insafına buraxmaq tarixi bir xətadır” adlı məqalədə Avropanın Liviyaya əsgər göndərməkdə az istəkli olduğunu nəzərə çatdırıb.

Ərdoğan bildirib ki, Liviya son 10 ildir ki, qanlı müharibənin pəncəsindədir:

“Ancaq beynəlxalq aləm bu günə qədər bu məsələdə vəzifəsini yerinə yetirməyib. Şiddəti sonlandırıb bölgədə sülhü təmin etməyib. Bu gün də həmin diqqətsizliyin doğurduğu nəticələrlə qarşı-qarşıyayıq. Liviya böhranı hələ də bölgədə nə etməli olduğuna qərar verməyən Avropa qitəsində bölünməyə yol açıb. Liviyanın hazırkı hökumətini dəstəkləyib demokratiyanı müdafiə edən Almaniya bazar günü Berlində sülh konferansına rəhbərlik edəcək. Fransa isə Haftarın yanında yer alıb”.