Ərdoğan Makrona zəng etdi

erdogan-makrona-zeng-etdi
Oxunma sayı: 696

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada keçirilən prezident seçkilərində qalib olan “İrəli hərəkatının lideri Emmanuel Makronu təbrik edib.

“Qafqazinfo”nun “Cnnturk”ə istinadən verdiyi məlumata görə, Ərdoğan fransalı həmkarına zəng edərək onu əldə etdiyi qələbə münasibətilə təbrik edib. 

Tərəflər Brüsseldə keçiriləcək NATO zirvəsində üz-üzə görüşməyə dair razılığa gəliblər, eləcə də iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.