Ərdoğan Makronla telefonla danışdı

erdogan-makronla-telefonla-danisdi
Oxunma sayı: 1152

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatını, ötən həftə Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresini və ikitərəfli münasibətləri müzakirə ediblər.

Ərdoğan PYD/YPG terrorçuları Türkiyənin Hatay və Kilis əyalətlərini raket atəşinə tutuqlarını da qeyd edib.

Prezidentlər ikitərəfli münasibətlər və Suriyada siyasi proses başda olmaqla regional problemlər üzrə məsələlərdə sıx əlaqələr saxlamağa razılaşıblar.