Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Beykoz səmtində mağazalardan birindən alış-veriş edib.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, böyük izdihamın arasından keçərək mğazaya daxil olan Ərdoğan burada alış-veriş edib, həm də işçilərlə söhbətləşib.
Prezident kassada ödəniş etmək istəyərkən mağaza sahibi pulu götürmək istəməyib. Ərdoğan isə “Məni üzmə, pulu al” deyərək pulu verib.
Həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər