Ərdoğan Merkellə regional məsələləri müzakirə edib

erdogan-merkelle-regional-meseleleri-muzakire-edib
Oxunma sayı: 905

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkellə videokonfrans formatında görüşüb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Görüş AKP-nin VII Qurultayından öncə baş tutub.

Görüşdə Türkiyə-Almaniya və Türkiyə Avropa İttifaqı əlaqələrini inkişaf etdirəcək addımlar gündəmdə olub.

Ərdoğan görüşdə Türkiyə-Aİ əlaqələrində dialoqun ön plana çıxarılmasının müsbət təsirlərini birlikdə gördüklərini, bu atmosferin formalaşmasında Angela Merkelin şəxsi xidmətlərinin önəmli rol oynadığına inandığını deyib.

Angela Merkel Ərdoğanı AKP-nin VII Qurultayının keçirilməsi münasibətilə təbrik edib.