Ərdoğan meşə yanğınlarında terror izini təsdiqlədi

erdogan-mese-yanginlarinda-terror-izini-tesdiqledi
Oxunma sayı: 2644

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, türkiyəli lider televiziyalara müsahibəsində yanğınlarda terror izinə rast gəlindiyini, saxlanılan şəxslərin ailələrinin PKK ilə bağlantılarının olduğunu bildirib:

“Polis məsələ ilə əlaqədar araşdırmalara davam edir. Bu narahatlığı ən başından bəri yaşadıq. Bunun altından nələrsə çıxdı. Tutulanların ailələrinin PKK ilə əlaqələrinin olduğunu müəyyən etdik. Bütün polis təşkilatımız və kəşfiyyatımız bunu araşdırır. Bizim ciyərlərimiz yanır. Ciyərimizi yandıranın ciyərini yandıracağıq. Burada canlılar yandı.

Ortada bir cinayət var. Bir tərəfdən tələfat oldu, bir də o meşələr xüsusilə arılarımızın ən çox məhsul verdiyi yerlərdir. Marmaris bu mövzuda məşhurdur. Bunları bir kənara qoymağımız mümkün deyil. Yanğınlarla bağlı hər cür xəbər, sənəd və məlumat kəşfiyyatımız tərəfindən diqqətlə təhili olunur. Davam edən araşdırmaların nəticələrini ictimaiyyətlə paylaşacağıq”.