Ərdoğan məşhur media rəhbərini məhkəməyə verdi

erdogan-meshur-media-rehberini-mehkemeye-verdi
Oxunma sayı: 960

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Axel Springer" media konserninin rəhbəri Matias Depfneri məhkəməyə verib.

Qafqazinfo” xəbər verir ki, qaldırılan iddiaya səbəb Depfnerin televiziya aparıcısı Yan Bemermanın Ərdoğanı təhqir etməsini açıq şəkildə dəstəkləməsidir. Ərdoğanın vəkilləri bildiriblər ki, artıq yuxarı instansiya məhkəmələrinə müraciət etməyə hazırdırlar.

Xatırladaq ki, aparıcı Yan Bemerman martın 31-də "Neo Magazin Royale" verilişində Türkiyə dövlət başçısının ünvanına təhqiramiz şeir oxuyub. Depfner isə satirikə açıq məktub yazaraq səsləndirdiyi şeiri "müvəffəqiyyətli" hesab etdiyini bildirib və güldüyünü deyib. Depfner onu da qeyd edib ki, şeirdə səsləndirilən qısa fikirlərə və təhqirlərə qoşulur.

Aysel Kərimova