Ərdoğan Netanyahunu terrorçu adlandırıb

erdogan-netanyahunu-terrorcu-adlandirib
Oxunma sayı: 1316

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Adanadakı mitinqdə İsrailin baş naziri Benyamin Netanyahunun sözlərinə cavab verib. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan mitinqdə İsraili terror dövləti olmaqda günahlandıraraq bunları deyib: “İsrail ordusunun dünyada necə zülmkar olduğunu hər kəs bilir. Biz terroristlərlə mübarizə aparırq, ancaq sən isə terror dövlətinin özüsən. Qəzza və Qüdusdə etdiyiniz cinayətkarlıqlar ortadadır”. 

Türkiyə prezidenti Netanyahunu fələstənlilərə təzyiq siyasətindən və Ankaranı tənqid etməkdən əl çəkməyə çağırıb: "Netanyahu səmimi olmalıdır və Türkiyəni tənqid etməyə son qoymalıdır". 

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza sektorunda fələstinli nümayişçilərə qarşı güc tətbiq edilməsi ilə bağlı Türkiyənin ittihamlarını rədd edib. Baş nazir Ankaranın İsrailə əxlaq dərsi keçmək hüququnun olmadığını bildimişdi. 

Ülviyyə