Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Reuters agentliyinə müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, prezident 3 aylıq fövqəladə vəziyyətin bitməyindən sonra, onun vaxtının uzadılacağını da mümkün hesab edib.
Ərdoğan qeyd edib ki, hərbi çevrilişə cəhd zamanı 246 nəfər ölüb, 2 185 vətəndaş yaralanıb. 10 400 adam şübhəli şəxs kimi saxlanılıb, 4 060 şəxs isə həbs edilib. Tutulanlardan 103 nəfəri generaldır.
Dövlət başçısı ölkədə yeni çevriliş cəhdinin ola biləcəyini də istisna etməyib. Amma prezident hazırkı şəraitdə bunun asan olmayacağını bildirib.
Ərdoğan Türkiyə Silahlı Qüvvələrinə efirdən mesaj da göndərib:
“Ordu bundan dərs götürməlidir! Vətən üçün çalışmayan xainlər cəzalarını almalıdırlar.”
Son xəbərlər
Son Xəbərlər