Ərdoğan o fotodan danışdı - “15 iyul gecəsi çəkilib”

erdogan-o-fotodan-danisdi
Oxunma sayı: 659

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan nəvəsinə “Quran-i Kərim”i öyrətdiyi zaman çəkilən fotosu haqda ilk dəfə danışıb.

“Qafqazinfo” “Haberturk”ə istinadən xəbər verir ki, prezident qatıldığı canlı proqramlardan birində birində bildirib ki, sosial şəbəkələrdə geniş müzakirə mövzusu olan şəkil 2016-cı il iyulun 15-də çəkilib.

“O şəkil hadisələr başlamazdan öncə Marmarisdə çəkilmişdi”, - deyə Ərdoğan vurğulayıb.