Ərdoğan Obama ilə görüşəcək

erdogan-obama-ile-gorusecek
Oxunma sayı: 639

Görüş Nüvə Təhlükəsizliyi sammitinin keçiriləcəyi Cənubi Koreyada olacaq. Obama Ərdoğanla görüşdə sammitin gündəliyindəki məsələlərlə yanaşı, Suriyada rejim dəyişikliyi istiqamətindəki səylər, Türkiyənin Yaxın Şərq və Şimali Afrika boyunca iqtisadi və siyasi islahatlara verdiyi dəstək, İran və başqa regional təhlükəsizlik problemlərini müzakirə edəcək.