Ərdoğan Paşinyanla görüşə bilər

erdogan-pasinyanla-goruse-biler
Oxunma sayı: 2913

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilə bilər.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ərdoğan açıqlayıb.

“Hazırda Praqada Avropada Siyasi Birliyinin sammiti var. Bu sammitdə iştirak-edib-etməməyi nəzərdən keçiririk. Praqa sammitində iştirak etsək, Nikol Paşinyanın da oraya gəlmə ehtimalı var. Onun “Orada görüşə bilərikmi?” kimi bir fikri olub. Bəlkə onunla orada görüşə bilərik”, - deyə Ərdoğan söyləyib.