Ərdoğan Putin və Zelenski ilə danışacaq

erdogan-putin-ve-zelenski-ile-danisacaq
Oxunma sayı: 1157

“Bazar günü Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacağam”.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda təşkil olunan “TRT World Forum”da çıxışı zamanı deyib. 

Həmçinin oxuyun: 94-летний Омар Эльдаров - Фото

Onun sözlərinə görə, həmçinin ukraynalı həmkarı Volodimir Zelenski ilə də söhbət aparacaq. 

Ərdoğan qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi bölgə və dünyada çox ciddi humanitar, iqtisadi və siyasi böhranlara səbəb olub.