Ərdoğan Putinə zəng etdi

Ərdoğan Putinə zəng etdi
Oxunma sayı: 3866

Rusiya və Türkiyə Prezidentləri arasında növbəti telefon danışığı olub.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov məlumat verib.

Onun sözlərinə görə, söhbət Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə baş tutub: “Söhbət ətraflı olub və İdlib de-eskalasiya zonası ilə bağlı ilkin razılaşmaları yerinə yetirmək üçün hər şeyi etməyin lazım olduğuna həsr olunub”.

Kremlin Mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin danışıq zamanı Suriyadakı beynəlxalq terror qruplaşmalarına qarşı mübarizə məsələlərinin prioritet olduğunu qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi