Ərdoğan Putinlə mümkün görüş tarixini açıqladı

erdogan-putinle-mumkun-gorus-tarixini-aciqladi
Oxunma sayı: 1145

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

“Qafqazinfo” “Daily Sabah” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı bu gün Azərbaycana səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib.

O, Putinlə Suriya ətrafındakı vəziyyəti müzakirə etmək üçün martın 5-dən gec olmayaraq görüşmək niyyətində olduğunu söyləyib: “Rusiya Əsəd rejiminə hava üzərindən də daxil olmaqla maksimum dəstək göstərir. Bizim bu məsələ ilə bağlı martın 5-dən gec olmayaraq görüşümüz baş tutacaq”.

Qeyd edək ki, Rusiya son günlər İdlib bölgəsində Əsəd rejiminə dəstək məqsədi ilə bir sıra hava hücumları həyata keçirib.

Orxan Məmməd