Ərdoğan Putinlə “referendum”u müzakirə edəcək

erdogan-putinle-referendumu-muzakire-edecek
Oxunma sayı: 1726

"Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi, taxıl daşınması məsələlərində vasitəçiliyiniz hər cür təqdirəlayiqdir. İndi növbəti proses var. Sülhdən ümidsiz deyiləm, amma birdən-birə nəticə əldə edəcəyimizi desəm, qeyri-real olardı”. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında deyib. 

“Məsələn, referendum məsələsi problem yaradır. Kaş ki, diplomatiya yolu ilə həll etsinlər. Eyni hadisə Krımda da oldu, biz Putinə zəng etdik. Zelenski bizim cənab Putini bu məsələdə razı salmağımızı gözləyir. Sabah (bu gün - red.) cənab Putinlə bu məsələləri ətraflı müzakirə etməyi planlaşdırıram”, - deyə Türkiyə lideri qeyd edib. 

Ərdoğan nüvə müharibəsi təhlükəsindən də danışıb:

“Nüvə müharibəsinə getməyin bədəli fəlakətdir. Bu barədə danışmağı bir kənara qoyun, ümumiyyətlə bu barədə düşünməmək lazımdır. Bunu heç vaxt gündəmə gətirmədən diplomatiya yolu ilə həll etmək ən uyğun addım olardı. Bizi daha çox narahat edən Ukraynanın bəzi işğal olunmuş ərazilərində referendum qərarıdır. Bu, diplomatik səyləri çətinləşdirir. Burada ilhaq ola bilər. Tanıdığım Putin ağlına nəyisə qoydusa, onu edəcək”.