Ərdoğan Putinlə Rusiya-Ukrayna müharibəsini danışdı

Ərdoğan Putinlə Rusiya-Ukrayna müharibəsini danışdı
Oxunma sayı: 2120

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr dəyərləndirilib.

Prezident Ərdoğan görüşdə uzun müddətdir üzərində çalışdıqları Rusiya-Ukrayna əsir mübadiləsinin uğurla başa çatmasından və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə hazırladıqları İstanbul sazişinin fəaliyyətindən məmnunluğunu ifadə edib.

Noyabrda başa çatacaq mexanizmin uzadılmasının ortaq maraq olduğunu bildirən Ərdoğan, Rusiya gübrələrinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində işləri davam etdirdiklərini qeyd edib.

Ərdoğan daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu, Rusiyadan da Ukraynadakı bəzi bölgələrin Rusiyaya qatılması məsələsi başda olmaqla, bu prosesi asanlaşdıracaq addımlar atmasının gözlənildiyini bildirib.

Rusiya Prezidenti Putindən danışıqlara bir şans verilməsini istəyən Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.