Ərdoğan Putinlə telefonla danışdı

erdogan-putinle-telefonla-danisdi
Oxunma sayı: 1169

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər Suriyadakı vəziyyəti, həmçinin Şərqi Qutada baş verənləri müzakirə ediblər.

Telefon danışığı zamanı prezidentlər BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımın mümkün qədər tez çatdırılması üçün şəraitin yaradılmasının lazım olduğunu qeyd ediblər.