Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Görüşdə regional məsələlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi, həmçinin Türkiyə-Rusiya münasibətləri müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı Rusiya ilə Ukrayna arasında sülh zəmininin tezliklə bərpası ilə müharibənin mənfi təsirlərini minimuma endirmək və etimadın yaradılması istiqamətində addımların atılmasına ehtiyac olduğunu bildirib.
Türkiyə Prezidenti Rusiya, Ukrayna və BMT ilə İstanbulda görüşməyə və hər iki tərəf prinsipcə razılaşarsa, mümkün müşahidə mexanizmində rol oynamağa hazır olduqlarını ifadə edib.
Son xəbərlər
Son Xəbərlər