Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto

erdogan-qalatasarayi-tebrik-etdi
Oxunma sayı: 2203

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ı təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan bununla bağlı rəsmi tviter hesabında paylaşım edib.

“Super Liqanın 2022-2023 mövsümünün çempionu “Qalatasaray”ı, azarkeşlərini və bütün Qalatasaray ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm”, - Türkiyə lideri paylaşımda bildirib.

Qeyd edək ki, bu, “Qalatasaray”ın 23-cü çempionluğudur.