Ərdoğan Qarabağla bağlı türkdilli ölkələrə çağırış etdi

Ərdoğan Qarabağla bağlı türkdilli ölkələrə çağırış etdi
Oxunma sayı: 2379

“Türkdilli ölkələr Azərbaycanın 44 günlük müharibə nəticəsində erməni işğalından azad edilmiş əraziləri bərpa etmək səylərini dəstəkləməlidirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-rəsmi sammitində deyib.

Türkiyə Prezidenti bir daha Azərbaycan rəhbərliyini və xalqını Qarabağdakı tarixi torpaqların azad edilməsi münasibətilə təbrik edib. Eyni zamanda türkdilli ölkələrin Qarabağdakı türk abidələrinin qorunması və dirçəldilməsində Azərbaycana dəstəyini davam etdirməsinin vacibliyini xatırladıb.

O qeyd edib ki, bu gün dünya birliyinin yaşadığı dəyişikliklər Türk Şurası kimi əməkdaşlıq platformalarının əhəmiyyətini daha da artırır. Bu vaxt narahat olmağa ehtiyac yoxdur.

“Türk Şurası 12 ildir ki, qurumun beynəlxalq nüfuzunu artıracaq institusionalizasiya prosesini başa vurub. Türk Şurasını beynəlxalq bir təşkilata çevirərək statusunu yüksəltmə zamanı gəlib”,- deyə Ərdoğan əlavə edib.