Ərdoğan Qəzzaya görə üç liderə zəng etdi

erdogan-qezzaya-gore-uc-lidere-zeng-etdi
Oxunma sayı: 2062

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstindəki son hadisələrlə əlaqədar İran prezidenti Həsən Ruhani, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putinə zəng edib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Ərdoğan - Ruhani telefon söhbəti zamanı ABŞ-ın Təl-Əvivdəki səfirliyinin köçürülməsi və İsrail əsgərlərinin Qəzzada fələstinliləri atəşə tutması nəticəsində regionda yaşanan gərginlik müzakirə olunub.

İki ölkə başçısı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mayın 18-də İstanbulda keçirəcəyi fövqəladə iclasın müsəlmanların ortaq mövqe nümayiş etdirməsi baxımından böyük əhəmiyyət daşıyacağını vurğulayıblar.

Angela Merkel və Vladimir Putinlə də Qəzzada fələstinlilərin hədəfə alınması nəticəsində baş verən gərginlik haqqında fikir mübadiləsi aparılıb.