Ərdoğan qonaqlara tortu belə yedizdirdi - Fotolar

erdogan-qonaqlara-tortu-bele-yedizdirdi-fotolar
Oxunma sayı: 647

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Türk – Ərəb Əməkdaşlığı Forumunun XİN –ləri 5-ci yığıncağında çıxış edərək bildirib ki, BMT-nin Fələstinlə bağlı qərarı region üçün tarixi addım, tarixi bir inkişafdır: “Fələstinlilər xüsusilə bunu bilməlidirlər: Dünən gecə sevinən, bayram edən təkcə Fələstin xalqı deyil, bütün müsəlmanlar, bütün dünya idi. İsrail bundan sonra Fələstin dövlətinin qarşısına heç bir mane çıxarmamalıdır”.

Ərdoğan çıxışından sonra Fələstin bayrağı şəklindəki tortu kəsərək foruma qatılanlara tək-tək yedizdirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının Fələstinin müşahidəçi statusunda təşkilata üzv qəbul edilməsinə dair qətnamənin lehinə 138 dövlət, əleyhinə isə ABŞ və İsrail də daxil olmaqla 19 ölkə səs verib.

Müşahidəçi dövlət statusu fələstinlilərə İsrailə qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək imkanı verəcək. Qətnamədə fələstinlilərin öz müqəddəratını təyin etmək və 1967-ci il sərhədlərində müəyyən olunmuş Fələstin dövlətini yaratmaq hüququ da təsdiq olunub.

BMT Baş Assambleyasının qəbul etdiyi qətnamədə Yaxın Şərqdə sülh prosesinin dərhal davam edilməsinə çağırılıb, fələstinlilərlə İsrail arasında ədalətli və davamlı sülhə nail olunmasının vacibliyi qeyd edilib.