Türkiyə Ankara terroru ilə sarsılan bir vaxtda prezident Rəcəb Tayyip Ərdoğanın xəstəxanaya qudasını ziyarət etməyə getməsi geniş müzakirələrə səbəb olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident axşam saatlarında qudası Özdemir Bayraktarın yanında olub. Bakı vaxtı ilə 23:30-da xəstəxanaya gedən Ərdoğan saat yarım orada qalıb.
Ərdoğan xəstəxanada olan zaman (saat 00:45) Türkiyə prezidentinin rəsmi saytında “Vətəndaşlarımız narahat olmasın, bu terrorla mübarizə əzmimizi qırmır, qərarlılığımızı daha da artırır” başlıqlı açıqlaması verilib.
İddia olunur ki, prezident həmin saatlarda həm terror hadisəsindən, həm də onun adından verilən açıqlamadan xəbərsiz olub. O, partlayışla bağlı məlumatı da xəstəxanadan çıxdıqdan sonra alıb.
Qeyd edək ki, Ankarada terror hadisəsi Bakı vaxtı ilə 20:45-də baş verib.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər