Ərdoğan Ruhani ilə telefon əlaqəsi saxlayıb

erdogan-ruhani-ile-telefon-elaqesi-saxlayib
Oxunma sayı: 1974

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran lideri Həsən Ruhani ilə telefonla əlaqə saxlayıb.

"Qafqazinfo" xəbər verir ki, ölkədəki vəziyyətlə maraqlanan Ərdoğan İranda azadlıq və sabitliyin qorunmasına önəm verdiklərini bildirib. Ruhani isə həmkarına diqqəti üçün təşəkkürünü bildirərək qısa zamanda aksiyaların sona çatacağına ümid etdiyini söyləyib.